...

Azərbaycan prezidenti Ukraynanın baş nazirini qəbul edib

Siyasət Materials 26 Dekabr 2006 20:24 (UTC +04:00)

Dekabrın 26-da Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın baş naziri Viktor Yanukoviçi qəbul edib. Trend AzTV-yə istinadən xəbər verir ki, Azərbaycan prezidenti Azərbaycan- Ukrayna münasibətlərinin bütün sahələrdə uğurla davam etdiyini, iqtisadi və ticari münasibətlərin inkişafı üçün hər iki ölkədə böyük potensial olduğunu bildirib.

Ukraynanın baş naziri isə öz növbəsində Azərbaycan hökumət nümayəndələri ilə iqtisadi münasibətlərin inkişafı məsələlərini geniş müzakirə etdiyini və bundan məmnun qaldığını qeyd edib. V.Yanukoviçin sözlərinə görə, onun ölkəsi bu il Azərbaycanda iqtisadi artımın 36 faiz təşkil etməsinə ürəkdən sevinir və iki ölkə arasında iqtisadi-ticari sahədə əməkdaşlığın genişlənməsində maraqlıdır.

Xəbər lenti

Xəbər lenti