...

Milli Məclis GÜAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsi təsdiq edib

Siyasət Materials 29 Dekabr 2006 15:00 (UTC +04:00)

Milli Məclisin dekabrın 29-da keçirilən iclasında GÜAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsi təsdiq edilib. Trend in məlumatına görə məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov məlumat verib. O bildirib ki, bu sənədin təsdiq edilməsi Azərbaycanın inkişafı və beynəlxalq aləmdə rolunun güclənməsi baxımınından tarixi əhəmiyyət kəsb edir. Bu məsələ Azərbaycanın beynəlxalq aləmindəki nüfüzunu gücləndirəcək. "İlk dəfə olaraq Azərbaycan beynəlxalq təşkilatın yaradılmasında iştirak edir", - deyə S.Səmədov vurğulayıb.

GÜAM-ın Nizamnaməsi haqqında məlumat verən komissiya sədri qeyd edib ki, sənəd üzv dövlətlərin fəaliyyət istiqamətlərini müəyyən edir. Nizamnamənin birinci maddəsində GÜAM-ın əsas məqsədləri öz əksini tapıb. "Təşkilatın əsas məqsədləri demokratik dəyərlərin tətbiq edilməsi, insan hüquqlarına hörmətlə yanaşılması və hüququn aliliyini təmin etməkdən ibarətdir. İkinci maddə stabil inkişafın təmin olunması, Üçüncü beynəlxalq və regional təhlükəsizliyin təmini, ümumi təhlükəsizlik üzrə əməkdaşlıq, tərəflərin ümumi ictimai, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığı və qarşılıqlı siyasi fəaliyyəti nəzərdə tutur",-S.Seyidov qeyd edib.

O, vurğulayıb ki, Nizamnəmədə göstərilir ki, bu təşkilata üzv ölkələr birgə fəaliyyət göstərərək ölkələrin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində fəaliyyət göstərəcəklər.

GÜAM-ın strukturuna gəlincə, struktur Şura və Katiblikdən ibarətdir. Şura təşkilatın işini qurmaq üçün prezidentlərin samitindən ibarətdir. Katiblik isə bu işləri həyata keçirəcək bir qurumdur. Bundan başqa Nizamnaməyə görə, dövlət başçılarının şurası, xarici işlər nazirlərinin şurası, Milli koordinatorların şurası və daimi nümayəndələrin şurası yaradılır.

S.Seyidovun məlumatı dinlənildikdən sonra GÜAM- Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsi təsdiqləndi.

Sonra GÜAM dövlət başçılarının mübahisəli məsələlərin həll edilməsi üzrə birgə bəyannaməsi və Kiyev bəyənnaməsi təsdiqləndi.

Xəbər lenti

Xəbər lenti