...

Səfir: İslamabadda Azərbaycan-Pakistan hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək

Siyasət Materials 9 Yanvar 2007 13:05 (UTC +04:00)
Səfir:  İslamabadda Azərbaycan-Pakistan hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək

Yanvarın 29-30-da İslamabadda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan hökumətlərarası komissiyanın II iclası keçiriləcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətli bildirib.

Səfir bildirib ki, iclas çərçivəsində xüsusən iqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək. Komissiya həmçinin daha sıx iqtisadi əlaqələrin yaradılması məqsədilə iş adamlarının qarşılıqlı səfərlərinin təşkili məsələsini də nəzərdə keçirəcək.

Səfir qeyd edib ki, Pakistan tərfindən komissiyaya neft və təbii ehtiyatlar naziri Əmənulla Xan Cadun başçılıq edəcək. Səfirin sözlərinə görə, bu yaxınlarda Azərbaycan prezidenti komissiyanın Azərbaycan tərfinin yeni tərkibini təsdiq edib. Dövlət başçısının qərarı ilə komissiyanın Azərbaycan tərəfindən həmsədri baş nazirin birinci müavini Yaqub Eyyubov təyin edilib. Komissiyanın tərkibinə müdafiə sənayesi, xarici işşlər, rabitə və informasiya texnologiyaları, səhiyyə, maliyyə, kənd təsərrüfatı və b. nazirlərin müavinləri daxildir

İclas çərçivəsində komissiya tərəfindən Azərbaycanla Pakistan arasında ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın bütün aspektlərinin nəzərdən keçirilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti