...

BMT-nin yeni baş katibi münaqişələrin qarşısının alınması işində təşkilatın fəallaşdırılmasından danışıb

Siyasət Materials 9 Yanvar 2007 13:19 (UTC +04:00)
BMT-nin yeni baş katibi münaqişələrin qarşısının alınması işində təşkilatın fəallaşdırılmasından danışıb

BMT-nin Baş katibi Pan Gi Mun öz prioritetlərindən biri kimi münaqişələrin qarşısının alınması, onların həlli və sülh quruculuğunda BMT-nin rolunun möhkəmləndirilməsini göstərib. Bu barədə Trend xəbər verir. Bununla bağlı o, BMT-nin bu məsələlərlə məşğul olan departament və ofislərini möhkəmləndirməyə söz verib.

BMT başçısı bu barədə "Beynəlxalq sülh və təhlükəsizliyi gözləyən təhlükələr" mövzusuna həsr olunmuş təşkilatın Təhlükəsizlik Şurasının açıq iclasında bəyan edib. O, həmin iclasda ilk dəfə olaraq Şura üzvləri qarşısında çıxış edib. O bildirib ki, terror, kütləvi qırğın silahlarının yayılması, HİV/QİÇS, hədsiz yoxsulluq və insan hüquqlarının kobud şəkildə pozulması bəşəriyyəti gözləyən başlıca təhlükələrdir və BMT-nin böyük diqqətini tələb edir.

BMT-nin baş katibi qeyd edib ki, müasir təhlükələr hərtərəflidir və qarşılıqlı əlaqəlidirlər. "Bu, həqiqətən də belədir, biz terrorun təhlükələrini nəzərdən keçiririk- bu, ya sərhəd tanımayan simasız düşmən və yaxud bütün bəşəriyyətə unikal real təhlükə olan kütləvi qırğın silahıdır. Hər iki problem bütün beynəlxalq ictimaiyyətin təcili və hərtərəfli diqqətini tələb edir", - deyə BMT başçısı bəyan edib. O hesab edir ki, BMT nüvə silahının yayılmaması və bütövlükdə tərk-silah edilmə rejiminin möhkəmləndirilməsi, eləcə də İran və KXDR-in nüvə proqramları ilə bağlı təhlükələrin həlli üçün çox şey edə bilər və etməlidir.

Pan Gi Mun BMT-nin sülhməramlı xidmətlərinə misilsiz tələbata, sülh quruculuğu sahəsində vasitəçilik və yardıma diqqəti cəlb edib. O vurğulayıb ki, bu gün planetin müxtəlif guşələrində BMT-nin 18 sülhməramlı missiyası fəaliyyət göstərir və bu missiyalarda təxminən 100 min adam çalışır. BMT-nin himayəsi altında fəaliyyət göstərən müxtəlif missiyaların ümumi sayı 30-a qədər artıb. Baş katibin fikrincə, belə qlobal iştirak BMT-nin Təhlükəsizlik Şurası və Katiblik arasında daha sıx əməkdaşlığın olmasını tələb edir.

Baş katib BMT-nin prioritet vəzifələrinə Darfurda böhranın həll edilməsini, Konqo Demokratik Respublikasında (KDR) sülhün möhkəmlənməsini, Yaxın Şərqdə nizamlanmanı və Kosovonun qəti statusunun müəyyən olunmasını aid edib. O, BMT-nin Livanın bərpasına, siyasi problemlərin və Əfqanıstan və İraqda təhlükəsizlik sahəsində problemlərin həllinə yönəldilmiş fəaliyyətini davam etdirməyə söz verib.

"Biz hələ də Kosovonun üzərində olan və əgər bitməsə, Avropanın cənub-şərqində sabitliyi poza bilən qeyri-müəyyənliyin qarşısının alınmasına yönəldilmiş işi davam etdirməliyik", - deyə Kosovo məsələsindən danışan Pan Gi Mun bildirib.

Xəbər lenti

Xəbər lenti