...

Bərdədə maye qazın qiyməti qaldırılıb

Siyasət Materials 9 Yanvar 2007 15:17 (UTC +04:00)

Bərdədə maye qazın qiyməti qazdoldurma məntəgələrində qeyri-qanuni olaraq qalxıb. Əvvəllər maye qazın 1 litri 24 qəpik idisə, hazırda 36 qəpikdir.

Avtomobilləri təbii qazla işləyən sürücülər bundan çox narahatdırlar. Onlar bildirir ki, benzinin və digər yanacaq növlərinin qiyməti dövlət tərəfindən artırılıb. Qaz satanlar isə onun qiymətini öz mənafeylərinə görə suni şəkildə qaldırıb.

Maye qazdoldurma məntəqələrinin sahibləri bizimlə danışmaq istəmədirlər. Məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətindən Trend in bölgə müxbirinə bildiriblər ki, bu cür halların baş verməsi qanunsuzluqdur. Onlar bununla bağlı aidiyyəti nümayəndələrə müraciət edib məsələ ilə bağlı ciddi tədbir görüləcəyini bildirdilər.

Xəbər lenti

Xəbər lenti