...

Azərbaycan XİN rəhbəri Küveytə rəsmi səfər edəcək

Siyasət Materials 10 Yanvar 2007 12:04 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 20-21 yanvarda Küveytə səfər edəcək. Bu barədə Trend ə Azərbaycan XİN-nin mətbuat mərkəzindən bildiriblər. Səfər rəsmi xarakter daşıyacaq. Hazırda səfərin gündəliyi və proqramı üzərində iş aparılır.

Küveytdən nazir Moskvaya yola düşəcək, burada yanvarın 23-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı növbəti danışıqlar keçirməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti