Müasir Müsavat Partiyası mitinq keçirəcək
Müxalifətyönlü Müasir Müsavat Partiyası (MMP) qiymətlərin artırılmasına etiraz olaraq mitinq keçirmək haqqında qərar qəbul edib. Bu barədə Trend ə MMP-dən məlumat verilib.
Mitinqlə bağlı qərar MMP-nin İdarə Heyətinin, Bakı şəhər, özək, Qadın və Gənclər təşkilatlarının yanvarın 15-də keçirilən birgə iclasında qəbul olunub.
Aksiyanı təşkil etmək üçün Mitinq Komitəsi yaradılıb. Aksiyanın gününün müəyyənləşdirilməsi Mitinq Komitəsinə tapşırılıb.
Xatırladaq ki, müxalifətyönlü Müasir Müsavat Partiyası 2001-ci ildə yaradılıb. Partiyanın sədri Hafiz Hacıyevdir.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq