...

Azərbaycan və Rusiya 2007-ci il üçün elektrik enerjisi tədarükü üzrə tariflərdə razılaşma əldə edib

Siyasət Materials 16 Yanvar 2007 13:47 (UTC +04:00)

Azərbaycan və Rusiya elektrik enerjisi tarifləri üzrə razılaşma əldə edib. Rusiyadan Azərbaycana elektrik enerjisinin idxalı 2006-cı ildə tətbiq edilən tariflərlə həyata keçiriləcək - 1 kVt/s üçün 3,636 sent, yəni dəyişməz qalıb. "Azərenerji" SC-nın vitse-prezidenti Marlen Əsgərov çərşənbə axşamı Trend ə bildirib ki, Azərbaycan elektrik enerjisinin Rusiya üçün satışı 1 kVt/s üçün 1,58 sentdən 1,8 sentə qaldırılıb.

Yanvarın 17-də Bakıda Rusiya ilə Azərbaycan arasında birinci rüb üçün elektrik enerjisi mübadiləsi ilə bağlı kontraktın imzalanması gözlənilir.

M.Əsgərov bildirib ki, Azərbaycanda elektrik enerjisində çatışmazlıq yaşanan gərgin saatlarda (axşam saat 5) Rusiya tərəfi Azərbaycana 200-250 MVt gücündə elektrik enerjisi verəcək.

Xəbər lenti

Xəbər lenti