...

YAP Xanlar rayon təşkilatının konfransı keçirilib

Siyasət Materials 17 Yanvar 2007 17:10 (UTC +04:00)

Yanvarın 17-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Xanlar rayon təşkilatının III konfransı keçirilib. YAP mətbuat xidmətindən Trend ə verilən məlumata görə, konfrans öz işinə başlamazdan əvvəl nümayəndələr və qonaqlar eks-prezident Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Konfransda Xanlar rayon təşkilatının sədri Altay İsmayılovun ötən dövr ərzində görülmüş işlər barəsində hesabat məruzəsi və nəzarət təftiş qrupunun hesabatı dinlənilib.

Mandat komissiyasının verdiyi məlumata görə, konfransda 404 nümayəndə iştirak etmişdir.

YAP Siyasi Şurasının üzvü, akademik Məmmədtağı Cəfərov konfransda partiyanın yaranma zərurəti və qarşıda duran vəzifələr barəsində konfrans nümayəndələri qarşısında geniş nitq söyləyib.

Konfrans nümayəndələri rayon təşkilatının 27 nəfərdən ibarət şurasını, 11 nəfər tərkibdə idarə heyətini və 7 nəfərdən ibarət nəzarət təftiş qrupunu seçiblər.

Altay İsmayılov yenidən YAP Xanlar rayon təşkilatının sədri vəzifəsinə seçilib.

Milli Məclisin deputatlarından YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə, Rövşən Rzayev və Iidadi Məmmədov konfransda iştirak ediblər.

Konfransın sonunda Azərbaycan Respublikasının prezidenti, YAP sədri İlham Əliyevə müraciət qəbul edilib.

Xəbər lenti

Xəbər lenti