7-10 gün ərzində sosial ipoteka barədə və ipoteka krediti sisteminin sadələşdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər paketinin təsdiqi gözlənilir. Bu barədə Trend xəbər verir.
Gənclər və İdman naziri Azad Rəhimovun şənbə günü verdiyi xəbərə görə, prezident sərəncamı layihəsi artıq hazırlanıb və dövlət başçısının administrasiyasına təqdim olunub. Təkliflər güzəştlərin verilməsini və ipoteka kreditləri verilməsi sistemində əhəmiyyətli sadələşdirməni nəzərdə tutur.
Azərbaycan ipoteka fondunda hesab edirlər ki, hazırki proses 2007-ci ildə sosial güzəştli ipotekanın qəbul olunması ilə fəallaşacaq və verilən kreditlərin sayı mini ötəcək.
İpoteka kreditlərinin verilməsinin tətbiqinin ilk ili göstərir ki, sosial ipoteka çərçivəsində güzəşt şərtlərinin tətbiqi kütləvi borclara gətirəcək.
Sosial ipoteka gənc ailələr və hərbi qulluqçular arasında yayılacaq. Öz həyat şəraitini yaxşılaşdırmaq istəyən gənc ailələr çoxdur, odur ki, seçim meyarları qoyulacaq. Sosial ipotekanın verilməsində belə kriteriyalar üzrə təkliflər var: ailə üzvlərinin sayı, ailənin gəlirləri. Üstünlük daha az gəliri olan gənc ailələrə verilməlidir. Yaşayış yeri kimi üstünlüklər də əsas olacaq, belə ki, ölkə bölgələrinin (qərb və sərhəd bölgələr) inkişafı ölkə üçün prioroitet məsələdir. Təkliflərə görə, ipoteka kreditlərinin verilmə müddətinin 15 ildən 30 ilədək uzadılması nəzərdə tutulur. Kreditin maksimal məbləği də, demək olar ki, iki dəfə arta bilər- əvvəlki 30 min manatdan 50 min manatadək. Sosial ipoteka üçün faiz qoyuluşu 4% səviyyəsində, qalanları üçün isə əvvəlki illik 12%-dən 8%-dək enəcək. Sosial ipoteka çərçivəsində yaradılmış Kredit Zəmanət Fondu vasitəsilə vəsaitlərin bir qisminin ödənilməsi ilə subsidiyalaşma da nəzərdə tutulub.