...

Salyanda yunun ilkin emalı müəssisəsi fəaliyyətə başlayıb

Siyasət Materials 22 Yanvar 2007 12:48 (UTC +04:00)

"Atanur" firması bu ildən Salyanda yunun ilkin emalı müəssisəsini açıb. Burada həm də fabriklərdən yığılmış parça tulantılarından təkrar emal hesabına mebel sənayesi üçün oturacaq lifləri istehsal olunmağa başlayıb. Müəssisənin direktoru Ələsgər Mehtiyevin dediyinə görə, istehsalat üçün ilkin maliyyə İqtisadi İnkişaf Nazirliyi tərəfindən kredit kimi verilmiş 88 min AZN olub. Bir o gədər də firmanın vəsaitindən sərmayə qoyulub.

Qeyd edək ki, bu tipli emal müəssisəsi Cənub bölgəsində yalnız Salyandadır. Hazırda xammal kimi əhalidən tədarük edilmiş yundan istifadə edilir. Ə.Mehtiyevin bildirdiyinə görə, ətraf rayonlardan və Salyandan may qırxımı mövsümündə 2 min tona yaxın yun yığılması nəzərdə tutulub. Hələlik emal olunmuş yunun alıcıları xalçaçılıqla məşğul olan sənətkarlardır. Yaxın 3 ildə istehsalı təkmiləşdirmək hesabına keyfiyyəti yaxşılaşdırmaqla xarici bazara çıxmaq nəzərdə tutulub. Xüsusilə Avropa ölkələrində adı çəkilən müəssisənin məhsuluna xeyli tələbat var.

Ə.Mehtiyevin açıqlamasına görə, hələ müəssisə tam fəaliyyətə başlamadığı halda 40 nəfər rayon sakini burada işlə təmin olunub. May ayına gədər isə işçilərin sayı 100-ü ötəcək. Problemlərə gəldikdə isə sahibkar ən çox elektrik enerjisi təchizatında bürokratik əngəllərlə üzləşdiklərini dedi. "Belə ki, dəfələrlə müraciət etməyimizə baxmayaraq Salyan Paylayıcı Elektrik Şəbəkəsi öz vəsaitimiz hesabına aldığımız elektrik transfarmatorunu quraşdırmağa razı olmur, texniki şərt tələb edir. Təqdim etdiyimiz texniki şərtlə bağlı isə cavabı yubadırılır",- deyə Ə. Mehtiyev qeyd etdi.

Xəbər lenti

Xəbər lenti