...

Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu olmayıb, deyil və heç vaxt olmayacaq

Siyasət Materials 22 Yanvar 2007 18:12 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu olmayıb, deyil və heç vaxt olmayacaq

Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu olmayıb, deyil və heç vaxt olmayacaq. Trend AzTV telekanalına istinadən xəbər verir ki, bu barədə yanvarın 22-də Azərbaycan prezidenti İlham Əliyev 2006-cı ilin yekunları və 2007-ci il planlarına həsr olunmuş müşavirədə çıxış edərkən bəyan edib.

Prezident bildirib ki, Ermənistan keçən il münaqişənin nizamlanması üzrə öz qeyri-konstruktiv mövqeyini dəstəkləməkdə davam edib, bəzi hallarda danışıqlar prosesini pozub, bəzi hallarda isə vaxtı süni şəkildə uzatmaqla məşğul olub. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi dəyişməz qalır, ölkə danışıqlar prosesinin tərəfdarıdır, danışıqları Azərbaycanın ədalətin bərpa olunması ilə əlaqədar maraqlarını təmin edən Praqa formatında aparır.

"Azərbaycan problemi beynəlxalq norma və prinsiplər çərçivəsində həll etməyə çalışır və bu mövqe bütün beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir", - deyə dövlət başçısı vurğulayıb.

Dağlıq Qarabağda referendum məsələsinə toxunan prezident bəyan edib ki, heç bir beynəlxalq təşkilat bu referendumu tanımayıb.

İ.Əliyevin bəyan etdiyi kimi, keçən il Ermənistan-Azərbaycan münaqişəsi üzrə BMT-də keçirilmiş müzakirələr təsdiq edib ki, bütün beynəlxalq təşkilatlar bu münaqişədə Azərbaycanın mövqeyini dəstəkləyir və Azərbaycanın siyasi çəkisi artır.

Xəbər lenti

Xəbər lenti