...

Yunanıstan parlamenti nümayəndə heyətinin Bakıya səfəri başlayıb

Siyasət Materials 23 Yanvar 2007 12:29 (UTC +04:00)

Yunanıstanın Azərbaycandakı səfirliyindən Trend ə bildiriblər ki, bu gün Yunanıstan parlamenti nümayəndə heyətinin Bakıya səfəri başlayıb.

Səfər Azərbaycan Milli Məclisinin dəvəti ilə təşkil edilib. Nümayəndə heyətinə Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Maksimus Xarakopulos başçılıq edir. Nümayəndə heyətinin tərkibinə Yunanıstan parlamentinin daha 3 üzvü daxildir - Konstantinos Tsiaras, Antonis Karpouzas və Elpida Tsouri.

Səfər çərçivəsində nümayəndə heyəti Milli Məclis sədri Oqtay Əsədovla, mədəniyyət və turizm nazirinin müavini Teymur Mehdiyevlə görüşəcək, Heydər Əliyev Fondunda olacaq.

Xatırladaq ki, bu parlamentlərarası dostluq qrupu 2004-cü ilin mayında yaradılıb. Bu qrupun Azərbaycan tərəfindən həmsədri MM-in sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəblidir.

Xəbər lenti

Xəbər lenti