...

Qənirə Paşayeva: "AŞ PA-nın iclasında Kosovonun gələcək statusuna dair gərgin müzakirələr davam edir"

Siyasət Materials 24 Yanvar 2007 18:12 (UTC +04:00)
Qənirə Paşayeva: "AŞ PA-nın iclasında Kosovonun gələcək statusuna dair gərgin  müzakirələr davam edir"

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclasında Kosovonun gələcək statusu ilə bağlı müzakirələr davam edir. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə, müzakirələr çox gərgin keçir. "Kosovonun müstəqillik qazanmasına münasibət birmənalı deyil. Amma AŞ PA deputatlarının əksəriyyətinin mövqeyi ondan ibarətdir ki, bu məsələlər dövlətlərin ərazi bütövlüyü və BMT-nin tanıdığı sərhədlər çərçivəsində müzakirə və həll olunmalıdır."

Q.Paşayeva vurğulayıb ki, müzakirələr günün sonuna qədər davam edəcək və məsələ ilə bağlı qərar qəbul ediləcək. Onun sözlərinə görə, Kosovonun gələcək statusu ilə bağlı qərar layihəsi yeganə sənədlərdəndir ki, müxtəlif nümayəndə heyətləri tərəfindən ona 73 düzəliş təklif olunur.

Xatırladaq ki, Kosovonun gələcək statusi ilə bağlı qərar layihəsini lord Rassel Conston hazırlayıb. AŞ PA-nın Siyasi İşlər Komitəsinin iclasında isə Kosovoya müstəqillik verilməsinin zəruriliyini vurğulayan 4-cü bənd sənəddən çıxarılıb.

Q.Paşayeva bildirib ki, Kosovonun gələcək statusu ilə bağlı müzakirələr zamanı Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri də çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti