...

Azərbaycan-Koreya Assosiyasiyası Yevlaxda pulsuz müayinə aksiyası keçirir

Siyasət Materials 25 Yanvar 2007 11:19 (UTC +04:00)

Seul-Bakı (SEBA) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiyasiyası Yevlaxda pulsuz müayinə aksiyası keçirir. Bu barədə məlumatı Trend ə Yevlax rayon İcra Hakimiyyətinin İçtimai Təşkilatlarla və Siyasi Partiyalarla İş üzrə şöbəsinin müdiri Hümbət Əhmədov verib.

Müsahib bildirib ki, aksiyada Koreyadan gəlmiş 50-yə yaxın həkimlərin iştirakı ilə gün ərzində 300-500 xəstəyə baxılacaq. Aksiya bu gün başlayıb və yanvarın 27-nə kimi davam edəcək.

Seul-Bakı (SEBA) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləs Assosiyasiyasının və Azərbaycan Taekvando Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən pulsuz müayinə aksiyası Yevlax şəhər Mərkəzi Xəstəxanasında keçirilir.

3 gün davam edəcək tədbirdə qaçqın, köçkün, şəhid və kimsəsiz ailələrdən olan vətəndaşlar stomoloji, endokrinoloji, cərrahiyə, göz, pediator və tibbin digər sahələri üzrə müayinə ediləcəklər.

Qeyd edək ki, aksiyada iştirak edən xəstələrə dərman preparatları da pulsuz verilir.

Belə aksiyanın Yevlaxdan sonra Qəbələdə də keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti