...

May ayında ADP-nin IX qurultayı keçiriləcək

Siyasət Materials 29 Yanvar 2007 13:43 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) növbəti, 9-cu qurultayı bu il may ayının birinci ongünlüyündə keçiriləcək. Bu barədə Trend ə ADP-dən məlumat verilib.

ADP Ali Məclisinin sessiyasında partiya sədrinin təşkilati məsələlər üzrə müavini Həsrət Rüstəmov Nizamnaməyə əsasən partiyanın növbəti IX qurultayının 2007-ci ilin birinci yarısında çağırılmasını təklif edib. Müzakirələr zamanı qərara alınıb ki, partiyanın növbəti qurultayı may ayının birinci yarısınadək keçirilsin və dəqiq tarixin təyin edilməsi isə qurultaya hazırlıq üzrə yaradılacaq Təşkilat Komitəsinə həvalə olunsun. Məclisin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin tərkibi müəyyənləşib, qərara alınıb ki, partiya sədri, sədr müavinləri, Ali Məclis sədri və müavini, Mərkəzi Aparatın şöbə müdirləri təşkilat komitəsinə daxil edilsin. Müzakirələr zamanı qurultayın nümayəndəlik norması da Məclis üzvləri tərəfindən təsdiqlənib.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP hazırda "Azadlıq" siyasi partiyalar blokunun üzvüdür. 1991-ci ildə yaradılmış ADP-nin sədri, Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev 1996-cı ildən mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti