...

Milli Məclisin yaz sessiyasında təhsil sahəsinə aid kompleks qanun layihələri müzakirə olunacaq

Siyasət Materials 31 Yanvar 2007 16:04 (UTC +04:00)

Milli Məclisin yaz sessiyasında təhsil sahəsinə aid kompleks qanun layihələri müzakirə olunacaq. Trend in məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirib.

Onun sözlərinə görə, bunlardan biri "Təhsil haqqında" qanundur. Eyni zamanda yaz sessiyasında ilk dəfə olaraq "Elm və dövlət elmi-texniki siyasəti haqqında", "Ali təhsil və ali təhsildən sonrakı təhsil haqqında" və "Yaşlıların təhsili haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, hazırda qüvvədə olan "Təhsil haqqında" qanun 1992-ci ildə qəbul olunub. Bir neçə ildir yeni qanunun qəbulu problemə çevrilib.

Xəbər lenti

Xəbər lenti