...

Baş nazir müavini: Baku Steel Company xammal çatışmazlığı problemini özü həll etməlidir

Siyasət Materials 31 Yanvar 2007 18:10 (UTC +04:00)
Baş nazir müavini: Baku Steel Company xammal çatışmazlığı problemini özü həll etməlidir

Baku Steel Company (BSC) sonrakı istehsal üçün xammal çatışmazlığı problemini öz gücü ilə həll etməlidir. Trend xəbər verir ki, bu barədə çərşənbə günü Azərbaycan hökuməti baş nazirinin müavini Abid Şərifov məlumat verib.

"Problem (xammal çatışmazlığı ilə bağlı) hökumət tərəfindən yaradılmayıb, şirkət özü yaranmış vəziyyətdən çıxış yolu tapmalıdır", - deyə o bildirib.

"Bir neçə ton metal xammalı almaq üçün indi işləməyən hansısa zavodun sökülməsinə dair bəzi mülahizələr tamamilə mənasızdır", - deyə A.Şərifov vurğulayıb.

Baş nazir müavini vəziyyətdən çıxış variantlarından biri kimi ölkədən kənardan xammal almağı təklif edib.

"Sovet ittifaqı dövründə Baltik ölkələri və Ukraynada müəssisələrin istehsalı üçün metal qırıntıları Azərbaycandan alınırdı. İndi metal qırıntılarını bu ölkələrdən almaq olar", - deyə A.Şərifov qeyd edib.

BSC istehsalatda istifadə olunan metal xammalı ehtiyatlarının tükənməsi səbəbindən öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Müəssisənin xammala olan gündəlik tələbatı 1 min tondan çoxdur. Bu gün metal xammalının yığılması üzrə işlər görülür və lazım olan xammal həcmi yığıldıqdan sonra zavodun fəaliyyəti bərpa olunacaq.

BSC şirkətinin istehsalat gücü ildə 350 min ton təşkil edir. 2006-cı ildə BSC-nin istehsalat həcmi 300 min ton təşkil edib. Bu günlərdə yanacağın qiyməti artdığından və metal xammalının yığılması prosesinin stimullaşdırılması məqsədilə müəssisə metal xammalının alınması üçün qiyməti artırıb.

Əgər əvvəl xammalın keyfiyyətindən asılı olaraq müəssisə 1 ton metala görə 80-100 ABŞ dolları ödəyirdisə, hazırda bu rəqəm ƏDV-siz 115 ABŞ dolları təşkil edir.

Xəbər lenti

Xəbər lenti