...

Azərbaycanda Avropa Şurasının siyasi biliklər məktəbi öz işinə başlayıb

Siyasət Materials 2 Fevral 2007 15:41 (UTC +04:00)

Fevralın 2-də Qubada Avropa Şurası siyasi biliklər Bakı proqramının ilk seminarı öz işinə başlayıb. Trend in xüsusi müxbiri xəbər verir ki, açılışda Avropa Şurasının (AŞ) siyasi məsələlər üzrə baş direktoru Jan-Lui Loran çıxış edib.

O qeyd edib ki, 1991-ci ildən başlayaraq bu, AŞ-ın təşkilatın üzv-ölkələrində açdığı sayca 12-ci siyasi biliklər məktəbidir. Belə məktəblər artıq Gürcüstan, Ukrayna, Ermənistan, Rusiya və b. ölkələrdə fəaliyyət göstərir. Azərbaycandan sonra Sarayevo, Belarus və Tiranada belə məktəblərin açılması planlaşdırılır. O bildirib ki, bu layihə Avropa Şurası və Avropa komissiyası tərəfindən birgə maliyyələşdirilir. Sonuncusu Strasburqda olmaqla, 4 belə seminarın keçirilməsi planlaşdırılır. Proqramın məqsədi - iştirakçılar arasında dialoqun yaradılmasıdır.

Seminarda həmçinin AŞ-ın Azərbaycandakı Baş katibliyinin nümayəndəsi Denis Bribosia, Böyük Britaniyanın Azərbaycandakı səfiri Lori Bristou, eləcə də yerli ekspertlər çıxış edib. Tədbir fevralın 6-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti