...

Baş katib Terri Devis: Avropa Şurası Azərbaycanla daha effektiv əməkdaşlıq edə bilər

Siyasət Materials 5 Fevral 2007 11:00 (UTC +04:00)

Trend in Avropa Şurası baş katibi Terri Devislə eksklüziv müsahibəsi

- Siz Azərbaycanla ikitərəfli əməkdaşlığın indiki səviyyəsini və inkişafını necə qiymətləndirirsiniz? Avropa Şurasına qəbul olarkən Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsini necə qiymətləndirirsiniz?

- Bizim münasibətlər çox yaxşı, açıq və əməkdaşlığa hazırdır. Avropa Şurasında biz dialoqa və fikir mübadiləsinə inanırıq. Əsas diqqətimizi hazırda ən prioritet region olan Cənubi Qafqaz ölkələri ilə münasibətlərimizə yönəltmişik.

Avropa Şurasında Azərbaycanın bütün əsas sahələri ilə hərtərəfli əməkdaşlıq barədə proqram var. Hiss edirəm ki, bu, artıq konkret müsbət nəticə verir. Əlbəttə ki, əməkdaşlığımızı daha da effektiv edə bilərik.

Bu yaxınlarda biz Azərbaycanda fəaliyyət göstərən media ilə bağlı böhranın şahidi olduq. Buna görə də fikirləşirik ki, bu münasibətlərin inkişafındakı uğura mətbuatın azadlığı və onun düzgün fəaliyyət göstərməsi əsasında nail olmaq mümkündür. Biz həmçinin ölkədə məhkəmə sisteminin yaxşılaşmasına da ümid edirik.

AŞ-nın dəyər və prinsiplərinə qoşulmaq daimi prosesdir. AŞ-yə üzvlük demokratiyanın yaradılması, insan haqlarının müdafiəsi və qanunun aliliyi deməkdir. Rəsmi öhdəliklər yerinə yetirilsə belə, biz inkişafı davam etdirməliyik.

Hüquq mətnli nəşrlər kifayət qədər deyil. Bu əlbəttə ki, institut əsaslarının qurulması üçün vacib addımdır, lakin bu yalnız birinci mərhələdir. Qanunların vicdanlı və qərəzsiz inkişafı qanunun özü qədər vacibdir.

- Bir çoxları 2006-cı ili Dağlıq Qarabağ məsələsi üzrə inkişafın və sülh sazişinin əldə olunması üçün "imkanlar pəncərəsi" hesab edirdi. Fikrinizcə, münaqişənin həllinin gələcək perspektivləri necədir?

- Fikirləşirəm ki, məsələnin həlli üçün siyasi arzunun olduğu vaxtda imkanlar pəncərəsi hər zaman mövcuddur. Həmçinin bilirəm ki, bir çox baza prinsiplərinə görə razılıqlar əldə olunub. Mən yalnız sülh yolu ilə həll olmada həlledici addımın qəbulunda tərəfləri dəstəkləyə bilərəm.

Həmçinin qeyd olunmalıdır ki, həm Azərbaycan, həm də Ermənistan üzərinə Avropa Birliyinə qoşulandan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə öhdəliklər götürüb. Bu, mütləq şərtdir.

- ATƏT-in Minsk qrupu 10 ildən artıqdır ki, münaqişənin həlli ilə məşğul olsa da, konkret nəticələr əldə olunmayıb. Bu, ATƏT-in münaqişənin həlli üçün imkanlar limitinin tükəndiyindən və bu məsələnin həllinə digər beynəlxalq təşkilatların, həmçinin Avropa Şurasının da cəlb olunmasından xəbər vermir ki?

- İlk növbədə, münaqişənin həlli iki dövlətdən asılıdır. Münaqişənin sülh yolu ilə həll olunması hər iki dövlətin marağındadır. Son altı ayda sülh prosesində Minsk qrupunun göstərdiyi dinamiklik məni həllolunma mexanizminin nəyə görə dəyişməsinin lazım olması barədə maraqlandırmağa başladı. Münaqişədə əlaqələndirici həlqə olan ATƏT-in Minsk qrupu bu mürəkkəb münaqişənin bütün aspektləri ilə çox yaxşı tanışdır.

Xəbər lenti

Xəbər lenti