...

Ümid Partiyasının qurultayında İqbal Ağazadə partiya sədrliyinə alternativsiz namizəd olacaq

Siyasət Materials 5 Fevral 2007 15:17 (UTC +04:00)

Ümid Partiyasının bu il mart ayında keçiriləcək üçüncü qurultayında İqbal Ağazadə partiyanın sədrliyinə alternativsiz namizəd olacaq. Bu barədə Trend ə partiya sədrinin mətbuat məsələləri üzrə müavini Ənvər Ağayev məlumat verib.

O, bildirib ki, qurultayda partiyanın sədrlyinə, ali orqanlarına seçkilər keçiriləcək, sədr müavinləri təyin olunacaq. Həmçinin partiyanın strukturunda bəzi dəyişikliklər ediləcək, müavinlərin sayı artırılacaq. İndiki sədr İqbal Ağazadə yenidən bu posta namizədliyini verəcək. Hazırda ondan başqa sədrliyə iddia edən yoxdur. Qurultayda əsas diqqət 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə yönəldiləcək, Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, İqbal Ağazadənin rəhbərlik etdiyi Vətəndaş Birliyi Partiyası 2002-ci ildə Ümid Partiyası ilə birləşib. Müxalifətçi Ümid Partiyasının sədri İ.Ağazədə Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti