...

Parlamentin komissiya sədri: "Büdcə Məcəlləsinin hazırlanması gündəmdədir"

Siyasət Materials 6 Fevral 2007 19:55 (UTC +04:00)
Parlamentin komissiya sədri: "Büdcə Məcəlləsinin hazırlanması gündəmdədir"

Büdcə Məcəlləsinin hazırlanması gündəmdədir. Bu barədə Trend ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə bildirib.

Komissiya sədri qeyd edib ki, Budcə Məcəlləsi o ölkələrdə hazırlanır ki, onlarda maliyyə sistemi formalaşıb, bu sahəni tənzimləyən qanunlar qəbul olunub.

"Büdcə Məcəlləsinə maliyyə sistemini tənzimləyən bütün əsas normativ aktlar və qanunlar daxil ediləcək. Bundan əvvəl isə "Dövlət borcu haqqında", "Maliyyə nəzarəti haqqında" qanunlar və Sığorta Məcəlləsi qəbul olunmalıdır", - deyə Ziyad Səmədzadə vurğulayıb.

Onun sözlərinə görə, yuxarıda qeyd olunan qanunların qəbulu xeyli vaxt tələb edir.

Xəbər lenti

Xəbər lenti