...

Səfir: Azərbaycan və Mərakeş arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması planlaşdırılır

Siyasət Materials 9 Fevral 2007 16:32 (UTC +04:00)

Azərbaycan və Marakeş arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması planlaşdırılır. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Mərakeşdəki səfiri Sabir Ağabəyov məlumat verib.

Səfirin məlumatına əsasən, hər iki dövlətin hökumətləri artıq bu məsələ ilə bağlı müzakirələrə başlayıb. Onun sözlərinə görə, Azərbaycan və Mərakeş arasında iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur və komissiyanın yaradılması iki dövlətin hərtərəfli əməkdaşlğının genişləndirilməsinə əhəmiyyətli təsir göstərəcək.

Səfirin fikrincə, konkret nəticələrin əldə olunması üçün möhkəm müqavilə-hüquq bazasının yaradılmasına da ehtiyac var. Belə ki, səfirlik artıq Mərakeş hökumətinə baxılması üçün bir sıra sahələrdə əməkdaşlıq üzrə müqavilələrin layihə paketlərini təqdim edib. Sənədlər təhsil, mədəniyyət, turizm, yanacaq-energetika, gömrük, ticarət, kənd təsərrüfatı və başqa sahələri əhatə edir. Diplomat qeyd edib ki, sənədlərin hökumət nümayəndələrinin qarşıda gələn qarşılıqlı səfərlərində imzalanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti