...

ANS-in lisenziya müddəti uzadılmadı

Siyasət Materials 9 Fevral 2007 17:34 (UTC +04:00)
ANS-in lisenziya müddəti uzadılmadı

Milli Televiziya və Radio Şurası ANS televiziyası və radiosunun tezliyinə elan olunmuş müsabiqənin nəticələri ləğv olundu. Bu barədə Trend ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

Teleradio Şurasının bu gün - fevralın 9-da keçirilən iclasında ANS-in tezliyinə elan olunmuş müsabiqənin yekunları müzakirəyə çıxarılıb və toplantıda ANS-in təsisçiləri iştirak etməyib. ANS-in tezliyinə yenidən müsabiqə elan olunması barədə qərar çıxarılıb

Qeyd edək ki, Teleradio Şurası ötən il noyabr ayında ANS-in teleradio yayımı haqqında qanunun tələblərini pozduğunu əsas gətirərək telekanalın yayımının dayandırılması və onun tezliyinə müsabiqə elan olunması barədə qərar çıxarmışdı.

Xəbər lenti

Xəbər lenti