...

"Azadlıq" blokunun həmtəsisçisi Əli Əliyev: "Azadlıq" bloku ADP-nin legitim sturukturları ilə əməkdaşlıq edəcək"

Siyasət Materials 12 Fevral 2007 13:00 (UTC +04:00)

"Azadlıq" bloku ADP-nin legitim sturukturları ilə əməkdaşlıq edəcək." Bu sözləri Trend ə açıqlamasında müxalifətyönlü "Azadlıq" blokunun həmtəsisçilərindən biri olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.

Qeyd edək ki, "Azadlıq" blokunun həmtəsisçisi olan Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyev fevralın 10-da rəhbərlik etdiyi təşkilatın "Azadlıq" blokundakı nümayəndəsinin dəyişdirilməsi haqqında qərar imzalayıb.

Ə.Əliyev deyib ki, ADP-ni "Azadlıq" blokunda kimin təmsil edəcəyi mürəkkəb məsələdir.

"Bu gün ADP rəhbərliyi ilə əlaqə saxlayıb Nizamnamənin tələbləri haqqında daha geniş məlumat almağa çalışacağıq", -deyə Əli Əliyev vurğulayıb.

Xatırladaq ki, fevralın 13-də "Azadlıq" bloku Sədrlər Şurasının növbəti iclası keçiriləcək. Sabaha nəzərdə tutulan iclasda ADP-ni kimin təmsil edəcəyinə dair suala Əli Əliyev konkret cavab verməyib: "Biz blok olaraq ADP-də yaranmış bu mübahisədə tərəfə çevrilmək niyyətində olmamışıq və olmayacağıq. Hər bir məsələ partiyanın Nizamnaməsi çərçivəsində həll olunmalıdır. Yəqin ki, partiyanın rəsmi sturukturlarından yaranmış anlaşılmazlıqla bağlı məlumat alacağıq. Hər iki iddiaçı tərəfin məlumatı ümumiləşdirilməlidir. Bundan sonra konkret qərar qəbul edəcəyik."

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti