...

Təhsil naziri Misir Mərdanov Gəncəyə səfər edib

Siyasət Materials 15 Fevral 2007 12:57 (UTC +04:00)

Təhsil naziri Misir Mərdanov Gəncənin Sevinc qəsəbəsində yeni inşa edilən 21 saylı orta məktəbin açılış mərasimində iştirak edib. Bu barədə məlumatı Trendin Qərb Bürosu verib.

Gəncənin Sevinc qəsəbəsində inşa edilən orat məktəb 1 ilə tikilib istifadəyə verilib. Bura 30 sinif otaqından ibarətdir. 640 şagirdin təhsil alma imkanı var. Həmçinin 2 kompüter otaqı da məktəblilərin istifadəsinə verilib. Təhsil müəssisəsinin tikintisinə 700 min manat vəsait ayrılıb.

Açılış mərasimində çıxış edən şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirdi ki, Sevinc qəsəbəsində yeni orta məktəbin tikintisi təqdirə layiq haldır. "Əvvələr bu qəsəbədə orta məktəb olmayıb. Uşaqlara evlərdə dərs keçilib. Hazırda burda gözəl və yaraşıqlı bir məktəb var. Bütün bunlar respublikamızda iqtisadiyyatın inkişafını göstərir"

Misir Mərdanov isə qəsəbə sakinlərini yeni orta məktəbin istifadəyə verilməsi münasibəti ilə təbrik etdi. Bildirdi ki, yeni məktəb bütün avadanlıqlarla təmin olunub. Belə bir şəraitdə məktəblilər yaxşı oxumalıdırlar.

Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tikilən orta məktəblə tanış oldular.

Xəbər lenti

Xəbər lenti