...

Milli Məclisin fevralın 16-da keçirilən iclasında parlamentin sədri Oqtay Əsədovla deputat Pənah Hüseyn arasında növbəti anlaşılmazlıq yaşanıb

Siyasət Materials 16 Fevral 2007 16:01 (UTC +04:00)

Milli Məclisin fevralın 16-da keçirilən iclasında parlamentin sədri Oqtay Əsədovla deputat Pənah Hüseyn arasında növbəti anlaşılmazlıq yaşanıb.

Trend in məlumatına görə, P.Hüseyn cari məsələlərlə bağlı çıxış edərkən mənzillərin satış qiymətinin bahalaşmasına toxunub. P.Hüseyn hər tikinti şirkətinin arxasında ayrı-ayrı məmurların dayandığı barədə ölkədə söz-söhbətlərin gəzdiyini söyləyib. Deputatın bu sözlərinə spiker Oqtay Əsədov replika ilə reaksiya verib və arada mübahisə yaranıb.

Iəziyyət Siyavuş Norvuzovun və digər deputatların P.Hüseyndən sakitləşməyi xahiş etməsindən sonra nisbətən sabitləşib.

Xəbər lenti

Xəbər lenti