Rusiya Federasiya Şurasının sədri Sergey Mironovun Azərbaycana səfər proqramı dəqiqləşdirilir. Bu barədə Trend ə Milli Məclisin beynəlxalq əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, S.Mironovun ölkəmizə mart ayının sonlarında gələcəyi gözlənilir. Səfərin tarixini və proqramını dəqiqləşdirmək üçün Rusiya tərəfi ilə danışıqlar davam etdirilir.