...

Baş nazir Vasili Tarlev: Moldova Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsiplərinin vacibliyini vurğulayır

Siyasət Materials 19 Fevral 2007 11:02 (UTC +04:00)
Baş nazir Vasili Tarlev: Moldova Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı  prinsiplərinin vacibliyini vurğulayır

Trend in Azərbaycana səfəri öncəsi Moldovanın baş naziri Vasili Tarlevlə müsahibəsi

- Siz Azərbaycan və Moldova arasındakı ticarət-iqtisadi münasibətlərin hazırki səviyyəsini necə qiymətləndirirsiniz? Fikrinizcə, bu əməkdaşlığın perspektivləri necədir?

- 2006-cı ildə Moldova və Azərbaycan Respublikası arasında xarici ticarət dövriyyəsi 5350,6 min ABŞ dolları təşkil edib. Hazırda bir sıra iqtisadi sahələrdə mövcud olan bütün imkanlar qüvvədə deyil. İstehsal, texniki və elmi potensial, həmçinin birgə istehsal strukturlarının yaradılması üzrə potensial kifayət qədər istifadə olunmur.

Ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün əsas mərhələ 2005-ci il aprelin 15-də Kişinyovda imzalanmış uzunmüddətli iqtisadi əməkdaşlıq Proqramı və onun həyata keçirilməsi üçün Planın yerinə yetirilməsidir.

Perspektivə görə, əsas əməkdaşlıq istiqamətləri sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və informasiya texnologiyaları, ticarət-iqtisadi münasibətlər, humanitar əməkdaşlıq sahəsində tədbirlər kompleksinin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsidir.

- Hazırda Sizin Azərbaycana səfərinizə hazırlıq gedir. Səfər hansı tarixə müəyyən olunub və əsas hansı məsələlərin baxılması planlaşdırılıb?

- Azərbaycan Respublikasına rəsmi səfər 2007-ci ilin 22-23 fevral tarixinə nəzərdə tutulub. Bu səfər çərçivəsində ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti birgə iclası keçiriləcək.

Komissiyanın iclası çərçivəsində aşağıdakı əsas məsələlərin müzakirəsi planlaşdırılıb:

- ticarət-iqtisadi əməkdaşlığın inkişafı;

- aqrosənaye kompleksdə əməkdaşlıq;

- Azərbaycan bazarlarına şərabçılıq məhsullarının gətirilməsinin artırılması imkanlarının baxılması;

-yanacaq-energetika sahəsində əməkdaşlıq;

-informasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq;

- bir sıra sahələri əhatə edən sənədlərin müzakirəsi və imzalanması.

- Siz GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat çərçivəsində dövlətlərin əməkdaşlığını necə qiymətləndirirsiniz? Fikrinizcə, bu təşkilat çərçivəsində hansı prioritetlər həll olunmalıdır?

- Moldova üçün GUAM -da iştirak iqtisadiyyat, nəqliyyat və infrastruktur, kooperasiya və enerji təhlükəsizliyi və s. sahələrdə qarşılıqlı əlverişli əməkdaşlığa əsaslanıb.

Qeyd etmək lazımdır ki, GUAM çərçivəsində Moldova informasiya texnologiyaları və turizm sahəsində işçi qruplarına rəhbərlik edir.

Müxtəlif istiqamətlərdə, həmçinin ticarət və nəqliyyat, gömrük və sərhəddə nəzarətin təminatı, terrorizmə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə yardımın nəzərdə tutulduğu Proqramın həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

- Siz hansı birgə iqtisadi layihələri daha çox prioritet hesab edirsiniz? O cümlədən, hazırda Moldovada yataqların üzə çıxarılmasında, axtarış-kəşfiyyat işlərində Azərbaycanın təcrübəsinin tətbiq olunması imkanı məsələsi müzakirə olunur.

- Prioritet məsələlər arasında həmçinin energetika sahəsindəki layihələrin də adı çəkilə bilər. Belə ki, Moldova hökumətinin göstərişi ilə neft və təbii qaz yataqlarının tədqiqatları sahəsində təcrübə əldə etmək məqsədilə Azərbaycan Respublikasına səfər etmək üçün işçi qrup yaradılıb.

Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq və Azərbaycan Respublikasında təcrübənin öyrənilməsi nəticələrinə əsaslanaraq ekologiya və təbii sərvətlər nazirliyi neft və təbii qaz sahəsində geoloji kəşfiyyat işlərinin konsessiyaya təqdim edilməsi üzrə layihə işləyib hazırlayıb.

- Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirmi? Moldova Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər hansı bir təşəbbüslə çıxış edə bilərmi?

- Moldova özünün, eləcə də Gürcüstan və Azərbaycanın dövlət sərhədlərinin və ərazi bütövlüyünün toxunulmazlığı prinsiplərinin yerinə yetirilməsinin vacibliyini vurğulayır. Hesab edirik ki, bütün regional münaqişələri danışıqlar və kompromiss yolu ilə həll etmək lazımdır.

Xəbər lenti

Xəbər lenti