...

Millət vəkili Aydın Mirzəzadə Mingəçevir şəhərində seçicilərlə görüşüb

Siyasət Materials 22 Fevral 2007 20:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə fevralın 22-də Mingəçevir şəhərində seçicilərlə görüşüb. Bu barədə Aydın Mirzəzadə məlumat verib.

Qeyd edək ki, A.Mirzəzadə Milli Məclisdə Mingəçevir şəhərini təmsil edir.

"100 nəfərə yaxın şikayətçini qəbul etdim. Şikayətlərin bir hissəsini elə yerindəcə həll etdim, bəzilərinə izahat verdim, digərlərinin aradan qaldırılması üçün müvafiq orqanlara müraciət edəcəm. Bundan başqa Mingəçevir şəhərinin inkişafı ilə bağlı təkliflər də var idi", - deyə millət vəkili qeyd edib.

A.Mirzəzadə onu da bildirib ki, Milli Məclisdə Mingəçevir şəhərini təmsil edən digər millət vəkili Əli Hüseynov da fevralın 22-də seçicilərlə görüşüb.

Daha sonra hər iki deputat Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə iştirak və çıxış ediblər.

"Fevralın 23-də Mingəçevir Şəhər İcra Hakimiyyətində 2006-cı ilin yekunlarına həsr olunmuş müşavirədə iştirak edəcəyik", -deyə A.Mizəzadə bildirib.

Xəbər lenti

Xəbər lenti