...

Ombudsman E.Süleymanova: "Cəzaçəkmə müəssisələrində ömürlük həbsə məhkum edilənlər üçün daha münbit şərait yaradılacaq"

Siyasət Materials 23 Fevral 2007 12:26 (UTC +04:00)
Ombudsman E.Süleymanova: "Cəzaçəkmə müəssisələrində ömürlük həbsə məhkum edilənlər üçün daha münbit şərait yaradılacaq"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın bir sıra cəzaçəkmə müəssisələri, o cümlədən Qobustandakı qapalı tipli həbsxana köçürüləcək. Bu barədə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova fevralın 23-də keçirdiyi mətbuat konfransında məlumat verib.

E.Süleymanova qeyd edib ki, həmin yerdən köçürülən məhkumlar üçün yeni binalar tikiləcək, ömürlük həbsə məhkum edilənlər üçünsə daha münbit şərait yaradılacaq. Ombudsmanın sözlərinə görə, Oğuz rayonundakı müvəqqəti saxlanma müəssisələri daha pis vəziyyətdədir və onun təmiri üçün işlər görüləcək. Ombudsman onu da deyib ki, Azərbaycanın bütün regionlarındakı cəzaçəkmə müəssisələrində olub və hər birində Ombudsman Aparatının plakatarı vurulub. Həm məhkumların, həm polislərin gözü qarşısında olan plakatlarda yazılıb ki, bu müəssisələrdə işgəncə halları baş verəcəyi təqdirdə Ombudsman Aparatında yaradılmış 24 saat işləyən qaynar xəttə müraciət edilməlidir. E.Süleymanovanın sözlərinə görə, daxil olan şikayətlər yerində araşdırılır və bəziləri həqiqətən də təsdiqini tapır: "Biz belə faktlarla bağlı dərhal Nazirlər Kabinetinə məlumat veririk"-deyə E.Süleymanova diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti