...

Azərbaycan prezidenti Xocalı soyqırımı qurbanlarının abidəsi önünə əklil qoyub

Siyasət Materials 26 Fevral 2007 12:06 (UTC +04:00)
Azərbaycan     prezidenti     Xocalı     soyqırımı     qurbanlarının     abidəsi     önünə     əklil     qoyub
Azərbaycan, Bakı /müx. A.İsmayılova/ Fevralın 26-da Azərbaycan prezidenti İlham Əliyev "Vətən çağırışı" Xocalı soyqırımı qurbanlarının abidəsi önünə əklil qoyub. Tədbirdə hökumət və parlament üzvləri, ictimaiyyət, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri iştirak edib, dualar oxunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qruplaşmaları keçmiş SSRİ-nin Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və ağır texnikasının köməyi ilə Xocalı şəhərini işğal etmişlər. Şəhərə hücum hələ fevralın 25-də artilleriya və ağır hərbi texnikadan atəşlə başlamışdı.Şəhərdə qalmış təxminən 2500 nəfər Ağdam istiqamətiində, azərbaycanlılar məskunlaşmış ən yaxın yaşayış məntəqəsi olan rayon mərkəzinə çatmaq ümidilə doğma ocaqlarını tərk etmişdilər.Motoatıcı alayın köməyi ilə Xocalıda amansız vəhşiliklər törətmiş erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı soyqırımı nəticəsində 613 nəfər öldürülmüş, bunlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca, 150 nəfər itgin duşmüşdür. 8 ailə bütövlükdə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmışdır (bunlardan 76-sı uşaqdır).Azərbaycan parlamenti 26 fevralı "Xocalı soyqırımı günü" elan edib. Azərbaycan xalqı hər il fevralın 26-da saat 17:00-da Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edir.
Xəbər lenti

Xəbər lenti