...

Mixail Saakaşvili: Azərbaycan bu qış misilsiz dostluq nümunəsi göstərdi

Siyasət Materials 27 Fevral 2007 10:34 (UTC +04:00)
Mixail Saakaşvili: Azərbaycan bu qış misilsiz dostluq nümunəsi göstərdi

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia/ Azərbaycan bu qış misilsiz dostluq nümunəsi göstərdi. Bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili Brüsseldəki konfransda çıxış edərkən bildirib.

Konfrans Marşal Mərkəzi tərəfindən təşkil olunub və orada həmçinin Estoniya prezidenti və İsveçin baş naziri iştirak edib. "Son aylar Gürcüstan əhalisinin qazla təchizatı əsasən Azərbaycandan asılı idi", - deyə Gürcüstan prezidenti bildirib. O vurğulayıb ki, bu dostluq münasibətləri region üçün nümunə ola bilər.

Eyni zamanda Saakaşvili vurğulayıb ki, Türkiyə ilə də mehriban qonşuluq münasibətləri inkişaf edir. "Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi haqqında qərar regional əməkdaşlığın yaxşı nümunəsi oldu", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti