...

Prezident "Azərbaycan kurortları" dövlət proqramı haqqında sərəncam imzalayıb

Siyasət Materials 27 Fevral 2007 18:18 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Prezident İlham Əliyev "Azərbaycan kurortları" dövlət proqramı haqqında sərəncam imzalayıb. Sənəddə Nazirlər Kabinetinə üç ay ərzində iqtisadi inkişaf, səhiyyə nazirlikləri və Həmkarlar Konfederasiyasının rəyləri əsasında "Azərbaycan kurortları" proqramı layihəsinin hazırlanması tapşırılıb.

Sənəddə tabeolma və mülkiyyət formasından asılı olmayaraq yerli və xarici investisiyaların cəlb olunması, həmçinin müasir standartlara cavab verən və Azərbaycan və xarici vətəndaşların müalicəsi və istirahəti üçün nəzərdə tutulmuş infrastrukturun formalaşdırılması, o cümlədən istirahət evləri və müalicəxanaların mərhələli şəkildə inkişaf strategiyası öz əksini tapmaladır.

Xəbər lenti

Xəbər lenti