...

İqbal Ağazadə: "Ümid Partiyası bloklara qoşulmayacaq"

Siyasət Materials 28 Fevral 2007 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ümid Partiyası bloklara qoşulmayacaq. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib ki, müxalifət düşərgəsində indiyə qədər yaradılan siyasi bloklar heç nəyə nail ola bilməyiblər və belə birliklərin fəaliyyəti uğursuzluqla nəticələnib.

"Ümid Partiyası hər hansı bir bloka qoşulmağı və ya gələcəkdə bunu müzakirə etməyi qarşısına məqsəd qoymayıb",-deyə İqbal Ağazadə vurğulayıb.

Onun fikrincə, müxalifət taktikasını və strategiyasını dəyişməldir. Çünki yeni dövrün tələbləri köhnə taktika ilə uğur qazanmağa imkan vermir.

Müxalifətin yeni güc mərkəzinin yaradılması və 2008-ci ilin prezident seçkilərində vahid namizədlə iştirak etməyə gəlincə, İ.Ağazadə deyib ki, Ümid Partiyası seçkilərə öz namizədi ilə qatılacaq: "Əgər kimsə bizi dəstəkləsə onlarla bir yerdə ola bilərik".

Qeyd edək ki, müxalifətçi Ümid Partiyası 2002-ci ildə yaradılıb. Partiya hazırda Milli Məclisdə 1 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti