...

"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun layihəsi yaxın günlərdə müzakirəyə çıxarılacaq

Siyasət Materials 2 Mart 2007 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Yeni qanun 14 maddədən ibarətdir. Bu sənədin hazırlanmasında məqsəd keçmiş məhbusların cəmiyyətdən təcrid olunmasının qarşısını almaq, onların tam hüquqlu vətəndaş kimi cəmiyyətdə öz yerini tutmasına, sosial adaptasiyasına kömək etməkdir.

Sənədin hazırlanmasında Ədliyyə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Daxili İşlər nazirliklərinin mütəxəssisləri də yaxından iştirak ediblər. Yeni qanun ölkədə sosial adaptasiya mərkəzlərinin yaradılmasını, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi, informasiya yardımının göstərilməsini nəzərdə tutur. Bu sənəd penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasına  xidmət edəcək, həmin şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə biləcək kriminogen faktorların qarşısını  almağa yardımçı olacaq.

Qanun layihəsini parlamentin Sosial siyasət daimi komissiyasının üzvü Elmira Axundova hazırlayıb.

Xəbər lenti

Xəbər lenti