...

Azərbaycan üzrə AŞPA həmməruzəçilərinin hesabatı martın 28-də müzakirə ediləcək

Siyasət Materials 5 Mart 2007 15:30 (UTC +04:00)
Azərbaycan üzrə AŞPA həmməruzəçilərinin hesabatı martın 28-də müzakirə ediləcək

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/AŞPA monitorinq komitəsinin məruzəçilərinin yeni hesabatı ilə bağlı Azərbaycanın fikri martın 28-də Strasburqda müzakirə ediləcək. Bu barədə Trend ə A.Herkel məlumat verib.

Onun sözlərinə görə, monitorinq komitəsinə Azərbaycan hökumətinin hesabatla bağlı mövqeyi daxil olub, lakin o, özü sənədlə hələ tanış olmayıb. Bu məsələ martın 28-də komitənin iclasında müzakirə olunacaq, - A.Herkel əlavə edib.

Azərbaycanın hesabatın bir sıra bəndləri ilə bağlı öz narazılığını bildirilməsi ilə bağlı hansı tədbirlərin görüləcəyi sualını cavablandıran A.Herkel bildirib ki, fikrini yalnız komitənin növbəti iclasında sənədlə tanışlıqdan sonra bildirə bilər.

Bu gün Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov AŞPA həmməruzəçiləri Toni Lloyd və Andres Herkelin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı məruzəsinin bəzi hissələrini, xüsusən də siyasi məhbuslar, seçkilər və digər hissələri subyektiv hesab edib. O, həmçinin qeyd edib ki, məruzənin bəzi hissələrində Avropa Birliyinin bir çox dövlətləri üçün xas olan problemlər Azərbaycan üçün spesifik olaraq göstərilib.

Xəbər lenti

Xəbər lenti