...

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri sabah Qazaxıstana gedir

Siyasət Materials 12 Mart 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Səməd Seyidov martın 13-15-də Qazaxıstanda səfərdə olacaq. Seyidov Qazaxıstan parlamenti senatının təşəbbüsü ilə Astanada keçiriləcək "Qazaxıstanın beynəlxalq əməkdaşlığı: reallıqlar, məqsədlər və perspektivlər" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Beynəlxalq konfransda Seyidov Azərbaycanın xarici siyasətinə dair məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti