...

Teleradio Şurasının sədri: "Yaxın vaxtlarda telekanallarda bütün verilişlərin Azərbaycan dilində yayımlanması barədə də qərar çıxarılacaq"

Siyasət Materials 14 Mart 2007 17:49 (UTC +04:00)
Teleradio Şurasının sədri: "Yaxın vaxtlarda telekanallarda bütün verilişlərin Azərbaycan dilində yayımlanması barədə də qərar çıxarılacaq"

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Yaxın vaxtlarda telekanallarda bütün verilişlərin Azərbaycan dilində yayımlanması barədə də qərar çıxarılacaq. Bu barədə Trend ə eksklüziv açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən telekanallara dublyajların kefiyyətinin artırılması tövsiyə ediləcək. Bundan başqa Mədəniyyət və Turizm Nazirliyi nəzdindəki dublyaj redaksiyası fəaliyyətini genişləndirəcək. Telekanallar da həmin dublyaj redaksiyasının xidmətindən istifadə edə biləcək.

Məhərrəmli onu da vurgulayıb ki, ANS-in tezliyi üzrə elan olunan tenderdə alternativlik olmasa, Teleradio Şurası problemi həll edəcək qərarın çıxarılmasına çalışacaq.

Xəbər lenti

Xəbər lenti