...

YAP-la Amerikanın Milli Demokratiya İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 15 Mart 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ ABŞ-ın Milli Demokratiya İnstitutu ilə hakim Yeni Azərbaycan Partiyası (YAP) arasında əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri, həyata keçirilən birgə layihələrin nəticələri YAP-ın sədr müavini, icra katibi Əli Əhmədovun martın 15-də ABŞ-ın beynəlxalq əlaqələr üzrə Milli Demokratiya İnstitutunun Bakı ofisinin direktoru Emi Şults ilə görüşündə müzakirə olunub. Bu barədə YAP mətbuat xidmətindən məlumat verilib. YAP-nı ölkədə ən güclü, ən böyük partiya olmaqla yanaşı, eyni zamanda Qərbin demokratik təsisatları ilə əməkdaşlığa və onların təcrübəsini öyrənməyə meyilli yeganə siyasi təşkilat kimi dəyərləndirən ABŞ təmsilçisi Milli Demokratiya İnstitutunun hakim partiya ilə əlaqələrin daha da dərinləşdirilməsi və birgə layihələrin əhatə dairəsinin genişləndirilməsi niyyətində olduğunu qeyd edib. YAP-nı ölkədə ən güclü, ən böyük partiya olmaqla yanaşı, eyni zamanda Qərbin demokratik təsisatları ilə əməkdaşlığa və onların təcrübəsini öyrənməyə meyilli yeganə siyasi təşkilat kimi dəyərləndirən ABŞ təmsilçisi Milli Demokratiya İnstitutunun hakim partiya ilə əlaqələrin daha da dərinləşdirilməsi və birgə layihələrin əhatə dairəsinin genişləndirilməsi niyyətində olduğunu qeyd edib. Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti