...

Azərbaycanda hakim partiyanın bəzi rayon və şəhər təşkilatlarının sədrləri yeniləri ilə əvəzlənib

Siyasət Materials 15 Mart 2007 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı / " müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bəzi rayon və şəhər təşkilatlarının sədrləri yeniləri ilə əvəzlənib. Bir qisim yerlərdə isə əvvəlki sədrlərə etimad göstərilib. Bu barədə məlumat verən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, partiyanın 83 rayon və şəhər təşkilatından 75-də konfranslar keçirilib. Hesabat-seçki konfransları gələn həftə yekunlaşacaq.

İcra katibinin müavini vurğulayıb ki, YAP üzvlərinin sayı 400 mini keçib. Partiya 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti