...

Robert Simmons: Azərbaycan NATO-ya daxil olmaq istəyini bildirməyib"

Siyasət Materials 16 Mart 2007 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan NATO-ya daxil olmaq arzusunu bildirməyib. Bunu NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan hələ ki, Fərdi əməkdaşlıq planı çərçivəsində fəaliyyətlə kifayətlənir. "NATO bütün ölkələr üçün açıqdır",-deyə bildirən diplomat əlavə edib ki, təşkilat üzv olmaq istəyən bütün namizədlərin istəyini müzakirə etməyə hazırdır, həmçinin daha öncə Alyansın genişlənməsinə qarşı çıxan Rusiyanın da.

Simmons qeyd edib ki, Azərbaycanla uğurlu əlaqələr qurulub. Diplomat birinci iki illik əməkdaşlıq mərhələsinin 4 istiqamətinin birləşdirdiyini bildirib: "ümumi dəyərlər, daimi islahatlar, fövqəladə, mülki planlama və ümumi diplomatiya". Yaxın zamanlarda Brüsseldə birinci mərhələnin qiymətləndirilməsi və növbəti mərhələnin planlaşdırılması olacaq.

Simmons "Melanj"- raket yanacağının utilizasiyası və "Saloğlu" layihələri çərçivəsində ikitərəfli əməkdaşlığı müsbət qiymətləndirib.

Diplomatın sözlərinə görə, NATO rəhbərliyi Azərbaycanın Kosovo və Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını alqışlayır. Alyans Əfqanıstandakı heyətin genişləndirilməsini də bəyənilən addım hesab edər. Təbii ki, bu, Azərbaycan hökumətinin qəararından asılıdır.

Xəbər lenti

Xəbər lenti