...

Pakistanın özəlləşdirmə və sənaye naziri Bakıya səfər edəcək

Siyasət Materials 28 Mart 2007 13:12 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/24-26 aprel tarixinə Pakistanın özəlləşdirmə və sənaye naziri Zahid Həmidin Azərbaycana səfəri təyin olunub. Azərbaycanın Pakistandakı səfirliyinin məlumatına əsasən, səfər çərçivəsində Azərbaycanla bu sahədə əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulub.

Tərəflər təcrübələri ilə bölüşəcək, iki ölkənin iş adamlarının Azərbaycan və Pakistanda obyektlərin özəlləşdirilməsi prosesinə cəlb olunması məsələlərinə baxılacaq.

Xəbər lenti

Xəbər lenti