...

Muxalif partiyanın dialoq məktubu hakim partiyaya çatmayıb

Siyasət Materials 29 Mart 2007 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Demokrat Partiyasının (ADP) siyasi dialoq və əməkdaşlıqla bağlı müraciəti hakim Yeni Azərbaycan Partiyasına (YAP) daxil olmayıb. Bu barədə məlumat verən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, ADP nümayəndələri iddia edirlər ki, müraciəti Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyevə göndəriblər: "Əgər YAP sədrinin adına hər hansı məktub göndərilərsə, o həmin məkbutu İdarə Heyətinə göndərir. ADP-nin rəsmi məktubu bu günə qədər YAP İdarə Heyətinə daxil olmayıb"

Müxalifəti təmsil edən ADP yanvarın 27-də siyasi xəttini dəyişmək və iqtidarla siyasi dioloqa getmək haqqında qərar qəbul edib. Bundan sonra ADP-də parçalanma baş verib və partiya "Azadlıq" blokundan çıxarılıb.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti