...

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının iclası keçirilib

Siyasət Materials 29 Mart 2007 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının martın 29-da keçirilən iiclasında "Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına  əlavə  və  dəyişikliklər edilməsi  və "Dövlət  qulluğu  haqqında"  qanuna əlavə və dəyişiklik  edilməsi barədə" qanunun qüvvədən düşmüş  hesab  edilməsi  haqqında", eləcə də Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına  dəyişikliklər  və əlavələr  edilməsi barədə  sənədlər  müzakirə olunub.

Komissiya  sədrinin  müavini Elton Məmmədov bildirib ki, dövlət qulluğu ilə əlaqədar müvafiq  sənədin qüvvədən düşməsi ilə əlaqədar Su Məcəlləsinə, Meşə Məcəlləsinə, "Qiymətləndirmə  fəaliyyəti  haqqında", "Su  təchizatı  və tullantı  suları haqqında", "Avtomobil  yolları  haqqında", "İpoteka haqqında" sənədlərə redaktə  xarakterli dəyişikliklər və əlavələr  edilib.

Qeyd olunub ki, prezident İlham Əliyevin  qanunvericilik  təşəbbüsü  ilə Milli Məclisə göndərdiyi digər  layihə ilə  Vergi Məcəlləsinə, "Sahibkarlıq fəaliyyəti  haqqında", "Dövlət əmlakının  özəlləşdirilməsi  haqqında", "Notariat  haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri  haqqında" qanunlara da  dəyişikliklər edilib. Bildirilib ki, bundan sonra istehlakçıların hüquqlarının  müdafiəsi  haqqında  qanunvericilik  sənədlərinə Mülki Məcəllə də şamil ediləcək.

Xəbər lenti

Xəbər lenti