...

Milli Məclis Azərbaycan sülhməramlılarının İraqda qalması məsələsini müzakirə edib

Siyasət Materials 30 Mart 2007 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Kosovo, Əfqanistan və İraqda azərbaycanlı sülhməramlıların qulluq etməsi ölkəmizin xeyrinədir. Milli Məclisin Təhlükəsizlik və müdafiyə məsələləri daimi komissiyasının üzvü, millət vəkili Siyavuş Novruzov parlamentin cümə günü keçirilən iclasında deputat həmkarı Qüdrət Həsənquliyevin azərbaycanlı sülhməramlıların İraqdan çıxarılması ilə bağlı qaldırdığı məsələyə münasibət bildirərkən belə deyib.

Həsənquliyev bildirib ki, artıq ABŞ Konqresi də bu ölkənin qoşunlarının İraqdan çıxarılması haqqında qətnamə qəbul edib. "Bütün müsəlman ölkələri İraqdan qoşunların çıxarmasını tələb edir. Belə olan təqdirdə azərbaycanlı sülhməramlılar o ölkədə qalmamalıdır".

Novruzov buna cavab olaraq deyib ki, Azərbaycan antiterror koalisiyasının üzvüdür. Kosovo, Əfqanstan və İraqda təcrübə toplayan sülməramlılarımız gələcəkdə Cənubi Qavqazda sülhün yaradılmasında böyük rol oynaya bilərlər.

Xəbər lenti

Xəbər lenti