...

"Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında" qanun layihəsi müzakirə olunub

Siyasət Materials 2 Aprel 2007 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin İnsan hüquqları, həmçinin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyalarının bazar ertəsi keçirilən birgə iclasında "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında" əsasnamə barədə qanun layihəsi müzakirə olunub. Bildirilib ki, qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçdikdən sonra Xarici İşlər Nazirliyinin və digər müvafiq strukturların verdiyi təkliflər əsasında xeyli təkmiləşdirilib. Əvvəl 16 maddədən ibarət olan layihəyə 1 maddə də əlavə olunub. Qanun layihəsinə əsasən, xaricə səfər etmiş Azərbaycan vətəndaşına ölkəyə qayıtmaq üçün qayıdış şhəadətnaməsinin verilməsi adı çəkilən əsasnaməyə uyğun şəkildə verilir.

Azərbaycan Respublikası vətəndaşı xarici ölkələrə 4 pasport - ümumvətəndaş, xidməti, diplomatik və dənizçi pasportu əsasında səfər edə bilər. Yeni qanun layihəsinə görə, bu siyahıya şəxsiyyət vəsiqəsi də əlavə ediləcək. Azərbaycan vətəndaşı göstərilən bu sənədləri itirərsə, ona qayıdış şəadətnaməsi veriləcək. Əgər vətəndaşın yalnız sovet dövründə verilmiş hərbi bileti qalıbsa, həmin sənəddə əks olunan məlumatlar tam yoxlanıqdan sonra onun sahibinə qayıdış şəhadətnaməsi verilir. Həmin vətəndaşla bağlı məlumat konsulluq vasitəsi ilə XİN-nin konsulluq idarəsinə göndərilir. Konsulluq idarəsi isə həmin məlumatları XİN-inn müvafiq strukturlarına göndərir və 3 gün ərzində lazım olan məlumatları əldə edir.

Layihənin Milli Məclisin iclasında müzakirəyə çıxarılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti