...

Qazaxıstan baş nazirinin Azərbaycana səfər proqramı elan olunub

Siyasət Materials 2 Aprel 2007 15:11 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Qazaxıstan baş naziri Kərim Məsimovun Azərbaycana səfər proqramı elan olunub. Baş nazir və onu müşayiət edəcək nəqliyyat, energetika və digər dövlət nazirlərindən ibarət nümayəndə heyəti Bakıya aprelin 3-də axşam gələcək. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfərin rəsmi hissəsi aprelin 4-də Şəhidlər Xiyabanı və Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarının ziyarəti ilə başlanacaq. Daha sonra nümayəndə heyəti Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Həmçinin Azərbaycanın baş naziri Artur Rəsizadə və prezident İlham Əliyevlə də görüş keçiriləcək. Görüşdə nəqliyyat və energetika sahəsində əməkdaşlıq məsələləri, həmçinin ticarət-nəqliyyat əlaqələrinin genişləndirilməsi, Avrasiya məkanında əməkdaşlıq perspektivləri müzakirə ediləcək. Tərəflər həmçinin ikitərəfli münasibətlərə dair bir neçə sənəd imzalayacaq, deyə səfirlikdən bildirilib.

Sonra Qazaxıstan baş naziri Hövsan qəsəbəsində tikilmiş yeni taxıl terminalının açılış mərasimində və Azərbaycan, Gürcüstan və Qazaxıstanın hökumət başçılarının görüşündə iştirak edəcək. Məsimov Bakıdan Gürcüstana yola düşəcək.

Xəbər lenti

Xəbər lenti