...

ADP-nin sədrliyinə alternativ namizəd olacaq

Siyasət Materials 3 Aprel 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası (ADP) adından aprelin 14-də keçiriləcək qurultayda Yaqub Abbasov Rəsul Quliyevə alternativ olaraq sədrliyə namizədliyini irəli sürəcək. Bu barədə ADP sədrinin müavini olmuş, 9-cu qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü Yaqub Abbasov özü açıqlama verib.

Qurultayda ADP-nin lideri Rəsul Quliyevin növbəti dəfə sədrliyə namizədliyi veriləcək. Ona alternativ ikinci namizəd isə Yaqub Abbasov olacaq: "Əgər Rəsul Quliyev səs çoxluğu ilə qalib gəlsə, mən onu təbrik edəcək və onun liderliyini qəbul edəcəyəm"-deyə Abbasov bildirib.

Müxalifəti təmsil edən ADP-nin siyasi kursunda dəyişiklik edilməsi ilə bağlı qərarından sonra partiya iki yerə - Sərdar Cəlaloğlu və Rəsul Quliyevin tərəfdarlarına bölünüb. Hər iki tərəf ADP adına iddia edir. Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti