...

Səfir: Azərbaycan və Rusiya arasındakı qarşılıqlı əlaqələr strateji xarakter daşıyır

Siyasət Materials 3 Aprel 2007 17:12 (UTC +04:00)

Azərbaycan. Bakı/ Trend müxbir A.İsmayılova/ Azərbaycan və Rusiya arasındakı qarşılıqlı əlaqələr strateji xarakter daşıyır. Heç kəs onu sarsıtmağa çalışmamalıdır. Bu barədə çərşənbə axşamı Rusiyanın Azərbaycandakı səfiri Vasili İstiratov bildirib.

Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 15 illiyinə həsr olunmuş mətbuat konfransında o qeyd edib ki, Rusiya Azərbaycanın inkişafını izləyir və nailiyyətlərinə sevinir.

Mətbuat konfransında iştirak edən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulma tarixini xatırladaraq qeyd edib ki, bu əlaqələr inkişaf edir və Azərbaycanın xarici siyasətnin prioritetidir. Xələfov iqtisadiyyat, siyasət, humanitar əlaqələr, regional siyasət, həmçinin parlament səviyyəsində qarşılıqlı əlaqələrin inkişaf etdiyini bildirib. Hazırda Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi yarım mlrd. dolları ötüb.

Azərbaycanın 4 517 ümumtəhsil məktəbinin 346-da təhsil həm Azərbaycan, həm rus dillərində aparılır. Azərbaycanın ali təhsil müəssisələrində 110 min tələbədən 15 mini rus dilində təhsil alır. Azərbaycan Slavyan Universitetinin yaradıldığı ilk ölkələrdəndir.

Xəbər lenti

Xəbər lenti